• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 12.02.2017 08:52

Gəncədə külə dönən mağazada satıcı dünyasını dəyişib

KepezTV Player

Gəncədə dəhşətli yanğın hadisəsi qeydə alınıb. Külə dönən mağazada satıcı dünyasını dəyişib.

Gəncə şəhəri Dədə Qorqud küçəsi 224b ünvanında yerləşən sahibkar 58 yaşlı Oqtay İsmayılova məxsus ərzaq mağazasında yanğın hadisəsi baş verib. Hadisə nəticəsində 21 kv metr ərazisi olan tikili bütövlükdə yanıb. Yanğın güclü olduğundan, alov qısa zamanda ərzaq mağazasına bitişik meyvə-tərəvəz satılan obyektə də keçib. 22 kv-metr ərazisi olan obyektin dam örtüyü 5 kv-metr sahədə zərər görüb.

Yanğın səhər saat 6 radələrində baş verib. Mağaza 24 saat fəaliyyət göstərdiyindən hadisə baş verən vaxt satıcı içəridə olub. Yanğın haqqında məlumatı FHN Yanğından Mühafizə İdarəsinin Gəncə Regional Bölməsinə ərazidən keçən bir şəhər sakini xəbər verib. Dərhal hadisə yerinə FHN Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan əlavə iki briqada da çağırılıb. Nəticədə alov söndürülüb. Sonradan obyektin içərisinə baxış keçirilən zaman isə oradan mağazanın satıcısı 60 yaşlı Şahin Əliyevin yanmış cəsədi aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Hazırda hüquq- mühafizə orqanları yanğının baş vermə səbəblərini araşdırır.
 

Zülfiyyə Telmanqızı