• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 11.02.2017 10:38

Artıq YouTube-da mobil telefon vasitəsilə canlı yayım qurmaq olar

Bundan sonra mobil telefon vasitəsilə YouTube-da canlı yayım funksiyası hamı üçün aktiv olacaq. Sözügedən funksiya, servisin mobil tətbiqinə inteqrasiya olunub. Canlı yayıma başlamaq üçün sadəcə olaraq buna görə nəzərdə tutulmuş düyməni basmaq lazımdır. Hazırda yeni funksiya yalnız 10000 izləyicisi olan istifadəçilər üçün aktiv olsa da, yaxın zamanda hamı üçün təqdim ediləcək. YouTube-da daha geniş Super Chat özəlliyi də əlavə olunacaq. Qeyd edilməlidir ki, keçən ay YouTube-a ödənişli şərhlər funksiyası əlavə edilmişdi. İndi həmin funksiya daha 20 ölkə üçün aktivləşdirilib. Ödənişli şərh vasitəsilə yazılmış şərh, çatın yuxarı hissəsində müəyyən vaxt ərzində xüsusi rəngdə qalır. İstifadəçinin isə hansı ölkədə yaşamasından asılı olaraq şərhlərin qiymətləri dəyişir.

Cavanşir Məmmədzadə