• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 11.02.2017 10:33

Sony-dən saniyədə 1000 kadr sürətlə çəkə bilən smartfon üçün kamera

Yaponiyanın Sony şirkəti saniyədə 1000 kadr çəkə bilən smartfon üçün kamera təqdim edib. Adi CMOS-sensorlar iki qatdan ibarətdir: görüntü sensor və həmin sensordan gələn siqnallara düzəliş edən sxem. Sony-nin yeni sensoru isə 21,2 Mp-dir və adilərdən üç qatlı olması ilə fərqlənir. Hansı ki, özündə 1 Qb operativ yaddaşa malikdir. Bunun sayəsində sensor 19,3 Mp-lə saniyədə 120 kadr qeydə alır, analoqlarda isə bu göstərici 30-da 1-dir. Belədə yeni sensor daha yüksək keyfiyyətə sahibdir. Bununla yanaşı yeni Sony kamerası yavaşıdılmış çəkilişlərdə də rəqiblərini üstələyir. Belə ki, o, FullHD formatda saniyədə 1000 kadr sürətlə çəkmək gücündədir. Halbuki digər flaqman smartfonlarda sürət cəmi 240-a çatır.

Cavanşir Məmmədzadə