• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1145
— 10.02.2017 20:57

Binada yanğın: 3 nəfər zəhərləndi, bir nəfər xəsarət aldı

KepezTV Player

Sumqayıt şəhərinin 42-ci məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı 10 nömrəli peşə liseyində yanğın baş verib. Binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 2 paqonometr kabel yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən 30 nəfər təxliyyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı 3 nəfər - 54 yaşlı Əli Abdullayev, 71 yaşlı Elman Yusifov və 44 yaşlı Afaq Yusifova tüstüdən zəhərlənib. 61 yaşlı Elmira Yusifova isə hadisə zamanı binanın ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Zərərçəkənlər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

 

Zülfiyyə Telmanqızı