• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 10.02.2017 12:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında bir matçın saatı dəyişdirilib

18-ci turun “Kəpəz” – “Qarabağ” qarşılaşması öncədən planlaşdırıldığı vaxtda start götürməyəcək. Fevralın 12-də Gəncə şəhər stadionunda keçiriləcək görüşün 13:30-da startı nəzərdə tutulmuşdusa, qərara əsasən oyun bir saat sonra, yəni 14:30-da başlayacaq.

Qeyd edək ki, 17 turdan sonra “Qarabağ” 1-ci, “Kəpəz” isə 6-cı pillədə qərarlaşır.

 

Orxan Cəfərzadə