• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 10.02.2017 13:22

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandasının adına aydınlıq gəlib

Gənc hücumçu karyerasını Slovakiyada davam etdirəcək. Belə ki, “Trabzonspor” həmyerlimizi “Jilina” klubuna icarəyə verib. Razılaşmaya əsasən, Şeydayev qarşıdakı il yarım ərzində Slovakiya təmsilçisində çıxış edəcək. Şeydayevin yeni komandası Slovakiya çempionatında 17 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, yayda böyük ümidlərlə “Zenit”dən Trabzonspora transfer olunan Ramil Şeydayev Qara dəniz təmsilçisi ilə 4 illik müqavilə imzalamışdı.

 

Orxan Cəfərzadə