Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasında növbəti oyununa çıxıb. “Dəmiryolçular” paytaxtda Fransa çempionu “Sen-Rafael”i qəbul ediblər. Gözlənildiyi kimi aşkar favorit olan Famil Ağayevin komandası çətinlik çəkmədən qalib gəlib. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən Azərbaycan çempionu doğma divarlar arasında da qonaqlara şans verməyib. Qarşılaşma “Azərreyl”ın quru hesablı qələbəsi başa çatıb.
Çempionlar Liqası
C qrupu
III tur
9 fevral
“Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa) - 3:0 (25:20, 25:11, 25:11)
Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)
Bakı. “Azərreyl” Voleybol Mərkəzi
1. |
Fənərbaxça (Türkiyə) |
4 |
4 |
0 |
12-1 |
323-243 |
12 |
2. |
Azərreyl (Azərbaycan) |
4 |
3 |
1 |
6-5 |
301-293 |
9 |
3. |
Dabrova Qornitsa (Polşa) |
4 |
1 |
3 |
5-10 |
329-346 |
3 |
4. |
Sen-Rafael (Fransa) |
4 |
0 |
4 |
2-12 |
267-338 |
0 |
Orxan Cəfərzadə
- Baxış: 277