• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2317
— 10.02.2017 10:02

Naqilsiz qulaqlıqlar təqdim olundu

Apple tərəfindən sentyabr ayında iPhone 7 ağıllı telefonlarının və AirPods naqilsiz qulaqlıqlarının təqdim olunduğu mərasimdə eyni zamanda BeatsX naqilsiz qulaqcıqları da nümayiş etdirilmişdi. Yanvar ayında bazara satışa çıxması gözlənilən BeatsX, nəhayət ki, bir aylıq gecikmənin ardından istifadəçilərə təqdim olunub.

2014-cü ildən bu yana Apple-ın tərkibində əməliyyatlarını davam etdirən Beats, BeatsX naqilsiz qulaqlıq modelinin bu gündən (10 fevral) bazara çıxaracağını açıqlayıb. Məhsul ilk olaraq ABŞ bazarında peyda olacaq, qara və ağ rəngdə görünəcək, daha sonra isə mavi və bozla birlikdə iki rəng variantını mənimsəyəcəklər. Apple-ın onlayn və pərakəndə mağazaları ilə yanaşı, səlahiyyətli satıcılarında da rəflərə çıxacaq məhsulun qiymət etiketinə 150 dollar yazılacaq. BeatsX naqilsiz qulaqlıqların, AirPods modellərində də istifadə olunan Apple W1 çipi ilə hazırlandığını da bildirmək lazımdır. Bunun sayəsində iPhone, iPad, Apple Watch və Mac-lər ilə problemsiz bir şəkildə əlaqə qura bilən qulaqlıqlar 8 saatlıq batareya ömrü təmin edir. Əlavə olaraq, Fast Fuel adı verilən enerji texnologiyası ilə 5 dəqiqəlik enerji 2 saatlıq istifadə təmin edir. Tamamilə naqilsiz olan AirPods ilə müqayisə etsək, BeatsX modelində iki qulaqlıq arasında bir naqil əlaqəsi mövcuddur. Flex Form boyun bantı adı verilən bu dizayn, xüsusilə AirPods qulaqlıqları çıxarıldığında haraya qoyacağını və itmə ehtimalını düşünənlər üçün BeatsX-i üstün bir seçim halına çevirir. Qulaqlıqlar maqnetik olaraq sanki bir-birlərinə yapışır və boynunuzdan düşmə ehtimalı çox azdır.

 

Cavanşir Məmmədzadə