• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 09.02.2017 16:33

"Milan" 9 nəfərlə qələbə qazandı

Futbol üzrə İtaliya A seriasında 23-cü tur başa çatıb. Son oyun günü Kroton səfərinə yollanan lider Yuventus evə 3 xalla dönüb. Qarşılaşmanın 61-ci dəqiqəsində Mario Mandzukiç fərqlənərək yerli azarkeşlərin kefini pozub. 74-cü dəqiqədə Qoca Sinyora meydan sahiblərinin qapısında daha bir top keçirib. Bu dəfə Qonsalo İquain diqqət mərkəzinə düşüb. Yekunda nəticədə 2 topluq fərqlə qalib gələn turin təmsilçisi ilk pillədəki mövqeyini möhkəmləndirib.

Turun digər oyununda isə Milan Boloniyanın qonağı olub. Görüşün hər hissəsində hakim milandan iki futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb. 38-ci dəqiqədə Qabriel Paletta meydandan qovularaq rasyonerləri pis vəziyyətdə qoyub. 59-cu dəqiqədə isə Yuray Kuçka qarşısında ikinci sarını görərək oyunu erkən başa vurub. Ancaq 9 nəfərlə oynamasına baxmayaraq milanlar qələbə topunu vurmağı bacarıblar. Qarşılaşmanın bitməsinə 1 dəqiqə qalmış səhnəyə çıxan Mario Paşaliç komandasına 3 xal qazandıran qola imza atıb.

 

İtaliya A seria

23-cü tur

8 fevral

 

"Kroton" - "Yuventus" - 0:2

Qol: Mario Mandzukiç, 61, Qonsalo İquain, 74

 

“Bolonya” - “Milan” 0:1
Qol: Paşaliç, 89
Qırmızı vərəqələr: Paletta, 37, Kuçka, 59 (hər ikisi “Milan”)

 

Orxan Cəfərzadə