KepezTV Player
AMEA Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitununda "Xalq təqvimi" hazırlanır. Bu təqvim təbiətdə baş verən proseslərin, iqlim dəyişikliklərinin insanlar tərəfindən izlənilərək, təsnifləndirilməsi nəticəsində meydana gəlib. Hazırlanan kitabçada xalq arasında bilinən və xüsusi önəm dayışan günlər Miladi təqvimi ilə göstərilib. Nəşrdə həftənin günlərinin xalq arasında məlum olan adları da yer alıb. Belə ki, çərşənbə axşamı - "Xas", cümə axşamı isə - "adna" adlandırılır. Yeni xalq təqviminə əsasən "Kiçik çillə"nin 10-cu günü Xıdır Nəbi Bayramı qeyd olunur ki, bu da fevralın 10-a təsadüf edir. Yəni sabah "Xıdır Nəbi" bayramıdır.
Xaliq Qurbanlı
- Baxış: 493