• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 09.02.2017 16:03

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının rəsmiləri Qazaxda görüş keçiriblər

KepezTV Player

Ötən il Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qazax rayonu ərazisindən keçən hissəsində 6 ağır yol qəzası qeydə alınıb. Nəticədə 7 nəfər həyatını itirib, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzalardan biri piyadanın ölümü ilə nəticələnib. Dünyasının dəyişənlərdən 3-ü bir qəzanın iştirakçısı olub. Yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının rəsmiləri Qazax rayonunun Birinci Şıxlı kəndində görüş keçirildi. İkinci Şıxlı və Daş Salahlı sakinləri də sükan arxasında diqqətli olmağa çağrıldı. Qəzalardan yayınmaq üçün yol hərəkət qaydalarına əməl olunmasının vacibliyi önə çəkildi.

Aqil Məmmədov -BDYPİ-nin YPXA-nın 9-cu tağımının komandiri: “Bizim bugünkü görüşümüzdə kəndlərin aktivləri iştirak edirdilər. Onlara bir daha çatdırdıq ki, kənd təsərrüfatı texnikalarını gecə saatlarında magistrala çıxartmasınlar. Piyadaları nəzərdə tutulmayan yerdən keçməyə imkan verməsinlər. Bu cür görüşlərimiz davamlı xarakter daşıyır”.

 Natiq Hüseyn