• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 09.02.2017 15:04

Avtomobil vuran piyadanın vəziyyəti ağırdır

KepezTV Player

Bakı-Quba yolunda da yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Siyəzənin Ağbaş kəndi ərazisində qeydə alınıb. "Suzuki" markalı maşın piyada 35 yaşlı Tural Həsənovu vurub. Ağır bədən xəsarətləri alan piyada Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Vəziyyəti ağır olan xəstə daha sonra paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı