• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2001
— 09.02.2017 14:42

Yük maşını yoldan çıxaraq 3 piyadanı vurdu, 1 nəfər öldü

KepezTV Player

Masallı rayonunda üç piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Qızılavar kəndində qeydə alınıb. Ərkivan qəsəbə sakinləri 37 yaşlı Rüfət Bədəlov, 35 yaşlı Yunus Həsənov və 32 yaşlı Tohid İbrahimov yolun piyadalar üçün nəzərdə tutulan hissəsi ilə hərəkətdə olarkən "Ford" markalı yük maşını onları vurub. Daha sonra avtomobil beton elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsirindən beton dirək avtomobilin üstünə aşaraq, onu yararsız vəziyyətə salıb. Ağır bədən xəsarətləri alan yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. İlkin müayinə zamanı onlara qapalı kəllə-beyin travması, baş beynin əzilməsi diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, Rüfət Bədəlovun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qəzaya yağıntılı hava şəraitində avtomobilin sürüşərək yoldan çıxması səbəb olub. Hadisənin dəqiq səbəbləri təyin olunan avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı