• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 09.02.2017 10:58

Citroen yeni krossoverinin prototipini göstərdi

Citroen şirkəti C-Aircross adlı yeni krossoverinin prototipini göstərib. Gələcəkdə modelin kütləvi istehsal olunacağı bildirilir. Model sıralamasında o, C3 Picassonun yerini tutacaq. Əsas rəqib isə Nissan Juke-dur. Krossoverin uzunluğu 4,15 m, eni 1,74 metrdir. Kuzovun aşağı hissəsində yerləşən müdafiə elementləri maşını vizual olaraq hündür göstərir. Avtomobili LED optika, damda moldinqlər, ön və arxada parlaq qoruyucuları olan əlavələr, müdafiəli təkər tağları və 18 düymlük təkər diskləri ilə təmin ediblər. Fransız markasının yeni modelində qapılar bir-birinə qarşı açılır, damı isə şüşədəndir. Maşın həmçinin təkoxlu sükan, arxa görünüşü qeydə kamera, 12 düymlük sensor ekran və naqilsiz enerji yükləyən cihaz əldə edib.

Cavanşir Məmmədzadə