• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1401
— 09.02.2017 10:55

ABŞ-da kartondan pilotsuz aparatı sınaq ediblər

Otherlab adlı Amerika şirkəti kiçik yükləri daşımaq üçün nəzərdə tutulan karton pilotsuz aparatın sınaqlarını uğurla başa vurub. Karton dron özü də birdəfəlik işlədilir. Mühərriksiz olan qurğu “uçan qanad” sxemində hərəkət edir. Perspektivli müdafiə xarakterli işlər həyata keçirən DARPA agentliyi tərəfindən sifariş edilən uçan aparat APSARA (Aerial Platform Supporting Autonomous Resupply Actions, avtonomlu təchizat əməliyyatları üçün hava platforması) adlanır. Təcrübəli pilotsuz aparatın korpusu tamamilə bioparçalanandır. Belə ki, nəmli hava şəraitində o, bir neçə gün izsiz şəkildə yoxa çıxır. APSARA-nın maksimal yük götürmə qabiliyyəti cəmi 1 kiloqramdır, ümumi uçuş məsafəsi isə 150 kilometrə çata bilər. Sınaqlar zamanı karton aparat oktokopterin köməyilə atılıb və qurğu planlaşdırılan hədəfə uğurla enməyi bacarıb. Mühəndislərin sözlərinə görə, APSARA-nı dərman preparatları ilə yükləyib fəlakət bölgələrində təyyarədən buraxmaq olar.

Cavanşir Məmmədzadə