• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1104
— 09.02.2017 10:57

“Ağıllı” xizək və kaytbord prototipləri hazırlandı

Qabaqcıl idman trekerləri istehsal edən Fransanın PIQ şirkəti dünyada ilk dəfə olaraq “ağıllı” xizək və kaytbord təqdim edib. Əgər PIQ-in digər trekerləri özünə və ya idman qurğularına geyindirildisə, ekstremal xizəklər və kaytbordlar daxili sensor və ekran əldə edib. Bunlar vasitəsilə müxtəlif göstəricilər nümayiş olunur. Smart-xizək cütlüyü Rossignol şirkəti ilə birgə hazırlanıb. O, Hero Masters xizəyinin təkmilləşdirilmiş versiyasıdır. PIQ texnologiyaları hesabına xizək  sürəti və məsafəni təyin edə bilir. Bütün məlumatlar sahibin smartfonundakı proqram vasitəsilə sinxronlaşdırılır. “Ağıllı” kaytbord isə öz növbəsində North şirkəti ilə müştərək ərsəyə gətirilib. Qurğu müxtəlif parametrləri, o cümlədən hərəkət və tullanma hündürlüyünü ölçür. PIQ və onun tərəfdaşları yeni smart qurğularının nə vaxt buraxılacağını açıqlamayıb. Bilinən odur ki, Rossignol Hero Master xizəyi təxminən 1000 dollara, Jaime kaytbordu isə 700 dollara başa gələcək.

Cavanşir Məmmədzadə