• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1095
— 08.02.2017 21:31

Ev sahibi qonağını balta ilə qətlə yetirdi

KepezTV Player

Milli şüurumuzda var. Qapımızı qonaq döyəndə onu başda, ən gözəl yerdə oturdub, ən dadlı təamlarla doydurub, bütün ehtiramımızla baxırıq üzünə. O, isə evinə gələni qonaq olmasına min peşman edib. Kim, necə və niyə suallarına indi cavab tapacaqsınız.

Sumqayıtda ev sahibi qonağı qətlə yetirib. Hadisə Corat qəsəbəsində qeydə alınıb. 34 yaşlı Ramiz Hətəmov tanışı 45 yaşlı Rüfət Quliyevin evinə qonaq gəlib. Qonaqla ev sahibi arasında mübahisə düşüb. Söz davasının sonunda əsəblərini cilovlaya bilməyən Rüfət Quliyev balta ilə Ramiz Hətəmovun başına zərbə endirib. Hətəmov aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. Tanışını qətlə yetirən Quliyev könüllü olaraq polisə təslim olub. Əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayan şəxs istintaqa Ramiz Hətəmovu onun ünvanına söyüş söydüyü üçün qətlə yetirdiyini bildirib. Fakt araşdırılır.

Qazax rayonunun Daş Salahlı kənd sakini 21 yaşlı Samir İsmayılov də ürəyindən bıçaqlanaraq qətlə yetirilib. Onu Qazax Müalicə Diaqnostika Mərkəzinə aparsalar da, artıq dünyasını dəyişdiyi məlum olub. Gəncin kim tərəfindən öldürüldüyü hələ ki, məlum deyil. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı