• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1559
— 08.02.2017 12:22

Futbol üzrə İtaliya A Seriyasında 23-cü tura yekun vurulub

Son oyun gününün yeganə qarşılaşmasında "Roma" doğma meydanda "Fiorentina"nı qəbul edib. İlk yarıda 1 qol vurulub. Canavarlardan 39-cu dəqiqədə fərqlənən Edin Ceko komandasını fasiləyə üstün yollayıb. İkinci hissəyə də fəal start verən paytaxt klubu 58-ci dəqiqədə Fazionun qoluyla qonaqları növbəti dəfə mərkəzdən başlamağa məcbur edib. Bundan sonra oyunu tamamilə ələ alan Roma 75-ci dəqiqədə əks hücum zamanı hesab arasındakı fərqi 3 topa çıxarıb. Naynqolan da qol vuranları sıyahısına qoşulub. Qarşılaşmaın 83-cü dəqiqəsində Ceko dubl müəllifinə çevrilib. Müdafiədəki səhvi bağışlamayan hücumçu yekun hesabı da müəyyənləşdirib.

 

Orxan Cəfərzadə