• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 08.02.2017 12:54

Futbol üzrə İspaniya Kral kubokunun ilk finalçısı bəlli olub

Yarımfinal mərhələsinin cavab oyununda Barselona Kamp Nouda Atletiko ilə üz-üzə gəlib. Qalibin müəyyənləşmədiyi görüş gərginliyiylə yadda qalıb. Qarşılaşmada ilk qol 43-cü dəqiqədə qeydə alınıb. Messinin zərbəsini qapıçı qaytarsa da, top Suaresin qarşısına düşüb. Cənubi Amerikalı isə öz növbəti yumşaq mərmini torla qovuşdurub. İkinci hissənin əvvəlində barsa azlıqda qalıb. Sergi Roberto kobud oyuna görə ikinci sarı vərəqə alaraq görüşü erkən başa vurub. 69-cu dəqiqədə meydançada futbolçuların sayı bərabərləşib. Yannik Karrasko da eyni vəziyyətlə üzləşib. Görüşün sonuna doğru fəallaşan qonaqlardan 80-ci dəqiqədə Kevin Qameyro penaltini qaçırsa da, 3 dəqiqədə sonra səhvini bərpa edərək hesabı bərabərləşdirib. Ancaq yekunda Barselona iki oyunun nəticəsinə görə finala vəsiqə qazanıb. 

 

İspaniya Kral Kuboku

Yarımfinal, cavab matçı

 

“Barselona” – “Atletiko” – 1:1 (ilk oyun: 2:1)

Qollar: Luis Suarez, 43 - Qameyro, 83

 

 

Orxan Cəfərzadə