• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1522
— 08.02.2017 11:58

İki nəfəri yarımcan edənlər axtarılır

KepezTV Player

Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında bıçaqlanan 33 yaşlı Azər Mirzəyev xəstəxanaya aparılıb. Qarın nahiyəsindən xəsarətlər alan şəxs dərhal əməliyyat olunub. Həkimlər Azər Mirzəyevin həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə polisə məlumat verilib. Sabunçu rayonunda da bıçaqlanma hadisəsi baş verib. Pirşağı qəsəbəsində yaşayan 27 yaşlı Elmin Məmmədov yaralı halda xəstəxanaya gətirilib. İki bıçaq xəsarəti alan şəxs əməliyyat edilib. Hadisə barədə polisə məlumat verilib. Hüquq-mühafizə orqanı əməmkdaşları faktlarla bağlı araşdırmalar aparır.

 

Zülfiyyə Telmanqızı