• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 08.02.2017 12:15

Narkotikə görə oğurluqlar etdi

KepezTV Player

Narkotikin apardığı yolun sonu ancaq və ancaq qaranlıqdır. Hələ ən yaxşı halda dəmir barmaqlıqlardır.

Abşeron polisinin daha bir uğurlu əməliyyatı ilə Hökməli kəndində silsilə oğurluqlar edən şəxs saxlanılıb. Narkotik istifadəçisi olan 33 yaşlı Mais İsmayılov həyətlərə gizlincə soxularaq əlinə keçəni aparmaqda təqsirləndirilir. Yeni tikilmiş və ya tikilməkdə olan evlərdən məişət avadanlıqları, avtomobillərin akkumulyatorlarını, kabellər və digər əşyaları oğurladığını o özü etiraf edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı