• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1125
— 08.02.2017 10:01

GoPro Karma yenidən satışda

GoPro şirkəti Karma dronlarının satışını bərpa edib. Ötən ilin sentyabrında təqdim olunan aparatın satışları aşkarlanan nasazlığa görə noyabrda dayandırılmışdı. Geri çağırılmanın səbəbi 2500 dronda anidən enerji qapanmasının baş verməsi göstərilir. Ancaq şirkət buna görə bütün dronlarını bazardan çıxarmaq qərarına gəlib. İndi isə rəsmi şəkildə məlumat yayılıb ki, kvadrokopterin batareyasının yerləşmə konstruksiyası dəyişdirilib və yenilənmiş dron təhlükəli deyil. Qiymət isə əvvəlki kimi 800 dollardır, əlavə hissələr və Hero 5 Black kamerası hesabına isə bu dəyər 1100 dollara çatır. Hələlik uçan aparatı ABŞ-da almaq mümkündür, ancaq yazda onu bütün dünya bazarlarında görə biləcəyik.

 

Cavanşir Məmmədzadə