• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 07.02.2017 20:18

Gəncədə hərəkətdə olan avtomobil yandı

KepezTV Player

Gəncədə avtomobil yanıb. Hadisə bu gün axşam saatlarında şəhərin Sadıx Rəhimov küçəsində baş verib. Gəncə sakini 23 yaşlı Rəşad Quliyevin idarə etdiyi "Oka" markalı avtomobil qəfildən alışıb. Sürücü dərhal avtomobildən düşüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısı alınıb. Xəsarət alan olmasa da, maşın tamamilə yararsız hala düşüb.

Elnur Vahidoğlu