• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2015
— 07.02.2017 16:40

Renan Da Silva “Kəpəz”i ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 16-cı turunun AZAL - “Qarabağ” matçının 45+3-cü dəqiqəsində AZAL-ın futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qəbələ” - “Neftçi” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və “Neftçi” klubunun məşqçisi Aleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə hər iki məşqçi 1 oyun cəzalanıb, “Qəbələ”nin baş məşqçisi bu halı ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat, “Neftçi” isə 800 manat cərimə olunub. Analoji hadisə yenidən təkrarlanacağı təqdirdə klublara daha ağır sanksiya tətbiq olunacaq.

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Zirə” - “Kəpəz” matçında “Zirə”nin 5, “Kəpəz”in 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

Oyunun 28-ci dəqiqəsində “Zirə”nin futbolçusu Meza Kolli və oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.

Əvəzedici heyətlərin 16-cı turunun “Qəbələ” - “Neftçi” matçının 78-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Vüsal Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

Azad Rəfi