Bu narkotik vasitələri satan da ziyana düşür, alan da. Zənləri yanılanlar əvvəl-axır qəflət yuxusunda oyanır, amma çox təəssüf ki, dəmir barmaqlılar arxasında.
5 kiloqramdan artıq narkotiklə ətrafındakıları zəhərləmək istəyi ürəyində qaldı. Bununla yanaşı, yüksək ehtimalla azadlığını itirməyin də acısını yaşayacaq.
Paytaxtda Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini 49 yaşlı İsmayıl Həsənovu saxlayıblar. İdarədə üzərinə baxış keçirilən zaman İsmayıl Həsənovdan 1 kq heroin aşkarlanıb. İsmayıl narkotiki İran vətəndaşının ona saxlamaq üçün verdiyini, həmin şəxsi tanımadığını bildirib.
İstintaq zamanı İsmayıl Həsənov Binə qəsəbəsi ərazisində olan yarımtikilidə qurudulmuş marixuana gizlətdiyini də etiraf edib. Həmin məkana baxış keçirən zaman orada 4 kq-dan artıq narkotik aşkar olunub.
İsmayıl Həsənov 2006-cı ildə keçirdiyi ağır avtomobil qəzasından sonra narkotik maddələrdən istifadə etməyə başladığını bildirib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 452