• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 07.02.2017 12:37

İki qadın dəm qazından zəhərləndi

KepezTV Player

Şəmkir sakini dəm qazından zəhərlənib. 25 yaşlı Kifayət Pənahova Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaşadığı evin vanna otağında zəhərlənən qadına tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Analoji hal Tovuzda da yaşanıb. Əlimərdanlı kənd sakini 19 yaşlı Səfiyyə Bağırova da hamamda dəm qazından zəhərlənib. Zərərçəkən Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərilən xəstənin vəziyyəti normal qiymətləndirilir.