• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2351
— 07.02.2017 12:33

Şəmkirdə bədbəxt hadisə yaşanıb

Şəmkir şəhərində yaşayan 10 yaşlı Röyal Qasımov həyətlərində ağacdan asılan kəndirlə oynayarkən bədbəxt hadisə baş verib. Kəndir uşağın boğazına dolandığından o, boğularaq ölüb. Qazax rayonunun Şıxlı kəndində isə Səyad Nəsibovun oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı oğlan nəvəsinin sol baldır nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən uşağın ayağı amputasiya edilib. Faktlar araşdırılır.

Zülfiyyə Telmanqızı