• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 839
— 07.02.2017 10:47

Avtomobili maneəyə çırpılan qadın həyatını itirdi

KepezTV Player

Göygöl rayonunun Aşıqlı kəndindən rayon mərkəzinə aparan yolda ağır qəza hadisəsi baş verib. Tovuz rayonu Aşağı Quşçu kənd sakini 21 yaşlı Xatirə Alıyarova bacısı ilə birgə yeyib-içdikdən sonra Gəncənin Hacıkənd qəsəbəsinə çay süfrəsinə əyləşmək üçün yola düzəlib. Yarı yoldan geri dönən qadın sükanı arxasında olduğu “Great Wall” markalı avtomibili yüksək sürətlə idarə etdiyi üçün bacısı maşından düşüb. Yoluna davam edən Xatirə Alıyarova idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb. Nəticədə sərxoş sürücü başından aldığı xəsarətlər səbəbindən həyatını itirib. 

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi olub. Qəza Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini 56 yaşlı Sabir Atagülovu maşın vurub. Xəsarət alan şəxs dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona alının əzilmiş yarası diaqnozu qoyulub. 
Faktlarla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu