• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2302
— 07.02.2017 10:34

Çərçivəsiz ekranı olan iPhone 8 göstərildi

Braziliyalı dizayner Tadeu Brandau YouTube-da Apple-in nazik çərçivəli ekranı olan smartfon konseptini paylaşıb. Əlavə sensor panelli mobil cihaz iPhone 7 və 7 Plus-a bənzəyir. Ancaq yeni “ayfonun” ekranı praktiki olaraq yuxarı və yan çərçivələrdən məhrum olub. Buna görə danışıq dinamiki aparatın yuxarı kənarına yaxın yerləşdirilib. Sensorlu TouchID düyməsi adət etdiyimiz yerdədir, amma o, çoxfunksiyalı sensor panelinin tərkib hissəsinə aiddir. Bu da daha əvvəl MacBook Pro noutbuklarında rast gəldiyimiz Touch Bar panelini xatırladır.

Cavanşir Məmmədzadə