• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 07.02.2017 10:34

Aston Martin yeni hiperkar göstərdi, anında hamısı satıldı

Böyük Britaniyanın Aston Martin şirkəti Red Bull-la müştərək flaqman modellərini işləyib hazırlayıb. Maşınlar nümayiş xatirinə göstərilsə də, artıq hamısı satılıb. Hələ istehsal olunmayan, amma populyarlıq qazanmağı bacaran avtomobil Parisdə sərgilənib. Ancaq onlardan yalnız ekstravaqant Aston Martin RB-001-i qiymətləndirmək mümkün olub. Onun texniki göstəriciləri yenə də sirr saxlanılır. Deyilənə görə, hiperkarın gücü ilə çəkisinin nisbəti 1:1-dir. Konsept təxminən bir tona yaxındır, 12 silindrli motora, hibrid güc sistemi isə 1000 at gücünə malikdir. Sürət qutusu bir muftalı ardıcıl transmissiyadır və xüsusi olaraq Xtrac şirkəti tərəfindən bu hiperkar üçün düzəldilib. Yayılan qeyri-rəsmi məlumatlara görə, maksimal sürət 400 km/saata çatır. Aston Martin bu tip hiperkardan cəmi 150 ədəd istehsal etməyi planlaşdırıb. Daha 25 ədədi isə yarışlarda iştirak edəcək. Hər birinin qiyməti təxminən 3 milyon dollar olacaq, lakin alıcılar maşınlarına yaxın iki ildən tez qovuşa bilməyəcəklər.

Cavanşir Məmmədzadə