• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1667
— 06.02.2017 18:23

Liseydə yanğın çıxdı, müəllim və şagirdlər təxliyə olundular

Paytaxtda təhsil ocağında baş verən yanğın müəllim və şagirdləri təşvişə salıb. Şəkidə isə dülgər sexi alovun cənginə keçib.

Bakının Yasamal rayonu Süleyman Tağızadə küçəsindəki Bakı Avropa Liseyində yanğın baş verib. Beşmərtəbəli lisey binasının 4-cü mərtəbəsində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə 2 yanğın söndürən maşın və canlı qüvvə cəlb olunub. Müəllim və şagirdlər dərhal məktəbdən təxliyə olunub.

Ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd - bir-birinə bitişik oturacaqlar yanıb. Təqribən 1 saatdan sonra liseyin binası yanğından mühafizə edilib. Hadisəyə kondisionerdə baş verən qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Şəkinin Fuad Abdurrahmanov küçəsində fəaliyyət göstərən, Elşən Məmmədova məxsus, ümumi sahəsi 168 kv/m olan və 6 otaqdan ibarət dülgər sexində də yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Sexin bir otağının yanar konstruksiyaları 10 kv/m sahədə yanıb və 4 dəzgah yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktlar araşdırılır.
 

Zülfiyyə Telmanqızı