• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 06.02.2017 15:47

Kamerun sonuncu iştirakçı oldu

Bu il Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib. Son vəsiqəni Afrika Millətlər Kubokunun qalibi Kamerun yığması qazanıb. "Ramedilməz Şirlər" B qrupunda Çili, Avstraliya və Almaniya birgə yer alacaq. A qrupunda isə Rusiya, Portuqaliya, Yeni Zelandiya və Meksika güclünü ayırd edəcək.

Qeyd edək ki, Konfederasiyalar Kuboku iyunun 17-dən iyulun 2-dək Rusiyanın Kazan, Soçi, Sankt-Peterburq və Moskva şəhərlərində keçiriləcək.

 

Orxan Cəfərzadə