• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 06.02.2017 15:41

Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyun cədvəli açıqlanıb

8-9 fevral tarixlərində reallaşacaq matçlarda turnir cədvəlinin ilk 3 pilləsindəki komandaları ev oyununa çıxacaq. İlk oyun gününün açılış qarşılaşmasında "Qəbələ" AZAL-ı, "Qarabağ" "Zirə"ni qəbul edəcək. "İnter" "Neftçi"ni ayın 9-da sınağa çəkəcək. Eyni gündə baş tutacaq daha bir oyun isə "Sumqayıt"la "Kəpəz" arasında oynanılacaq.

 

Azərbaycan Premyer Liqası

17-ci tur

8 fevral (çərşənbə)

 

15:00. “Qəbələ” – AZAL

Qəbələ şəhər stadionu

 

17:30. “Qarabağ” – “Zirə”

Bakı, “Azersun Arena”

 

9 fevral (cümə axşamı)

 

15:00. “Sumqayıt” – “Kəpəz”

Sumqayıt, “Kapital Bank Arena”

 

17:30. “İnter” – “Neftçi”

Bakı, “İnter Arena”

 

 

Orxan Cəfərzadə