• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 06.02.2017 15:40

Şəmkirdə 38 yaşlı piyada vurulub

KepezTV Player

Şəmkir rayonun Qasımallar kəndində yol-nəqliyyat hadisəsi baş verib. Kənd sakini 38 yaşlı Elnarə Hüseynova yaşadığı evin yaxınlığında oğlu 13 yaşlı Nəbi Hüseynov ilə yolu keçmək istəyərkən "Niva" markalı avtomobil onu vurub. Sürücü və iki sərnişini qadını yaralı halda qoyaraq ərazidən uzaqlaşıb. 

Təranə Hüseynova -zərərçəkənin baldızı: “Uşaq  ağlayıb ki, gəlin anama kömək edin, təcili tibbi yardım çağırın. Gəlib başının üstündə durublar. Üçü də maşına minib qaçıblar. Maşının işığının şüşəsi qırılıb, oradadır. Bizim xahişimiz odur ki, hadisə törədənləri tapsınlar."

Yaralı əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncədəki özəl xəstəxanalardan birinə, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. 

Zabit Vəliyev- həkim: “Aparılan müayinələrdən sonra xəstənin diaqnozu dəqiqləşdirilib. Xəstədə müştərək travma, qapalı kəllə-beyin travması, çanaq sümüklərinin sınıqları, bədənin müxtəlif nahiyələrinin sıyrıqları diaqnozu qoyulub. Xəstə hazırda şöbəyə yerləşdirilib. Müayinələri və müalicələri davam etdirilir."

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 

Elnur Vahidoğlu