![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/1_431.jpg?itok=RqNKJX0y)
Astaf kənd sakini, 28 yaşlı İslam Cabbarov kəllə beyin travması ilə Gəncə şəhər TTYX-ya gətirilib. Tibbi yardım göstərilən xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Zərərçəkənin dediyinə görə, onu həmkəndlisi tüfəngin qundağı ilə meşədə döyüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mehman Hüseyinov - həkim: "Daşkəsən rayon ərazisindən, dava-dalaş nəticəsində kəllə beyin travması almış 1989-cu ildə anadan olan Cabbarov İslam daxil olub şöbəmizə. Xəstəyə hal-hazırda yardım olur şöbəmizdə. Ümumi vəziyyəti kafidir."
- Baxış: 449