• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 04.02.2017 16:06

Qışda gözlərinizi daha çox qorumağı unutmayın!

KepezTV Player

Adətən küçələrdə gün eynəyi geyinən insanlara daha çox yay aylarında rast gəlirik. Gün şüalarından qorunmaq üçün geyindiyimiz eynəklər sən demə qışda da önəm daşıyır.

Sən demə gözlərin qışda daha çox qorunmağa ehtiyacı var. Yayda gözləri yalnız gün şüalarından qorumaq gərəkirsə, qışda əlavə olaraq soyuqdan da qorumaq vacibdir.

Tapdıq Məmmədov- oftolmoloq: “Qış fəsli olanda gözdə xəstələnmə halları əksərən gözdən yaş axması, gözün konyunktivit qişasının iltihabı, bununla yanaşı qışda günəş şüasının gözdə allergiya mənşəli konyunktivitlərin əmələ gəlməsi, soyuqların olması ilə əlaqədar bədən müqavimətinin zəifləməsindən irəli gələrək virus infeksiyalarının kəskinləşməsi daha da artır”.

Qeyd olunan xəstəliklərdən qorunma yollarının başında isə maraqlı olsa da eynəkdən istifadə etmək dayanır.

Tapdıq Məmmədov- oftolmoloq: “Eynəklər ta qədim zamanlardan məlumdur. Hər kəs günəş şüasından gözünü qorumaq üçün gün eynəklərindən istifadə etməlidir. Ən çox da qış fəslində qar yağarsa, günəş çıxarsa, bu daha çox fəsad verə bilər. Günəş şüasının bir başa qarın üzərinə düşdükdə əks olunan şüaları gözün arxa hissəsində makulyar sahə deyilən yerdə yanıq əmələ gətirir. Hansı ki, o elə bir xəstəlikdir ki, onu bərpa etmək çox çətindir”.

Belə xəstəliklərdən şəhər sakinlərinin xəbərdar olub-olmadığı barədə maraqlandıq. Dəb xatirinə və ya qoruyucu vasitə kimi istifadə etdiklərini soruşduq.


Sakin: “Çünki çöldə hava soyuq olur, içəri ilə çöldə kəskin fərq olur. İsti şəraitdən soyuq havaya çıxdıqda gözlərə təsir edir. Gözün damarları çox incədir, soyuqdəymələr yarana bilər və o damarlar zədələnə bilər. Ona görə də qışdada keyfiyyətli eynəklər geymək lazımdır”.


Sakin: “Faydaları odur ki, belə bir havada günəş varsa evə qayıdanda hər şeyi ultrabənövşəyi görürsən. Məhz ona görə də eynək geymək lazımdır”.


Lakin gözləri qorumaq üçün seçilən eynəklərin də rolu az deyil. Əslində gözümüzü qorumaq üçün seçdiyimiz eynəklərin heç də hamısı gözlərimizi qorumur. Əksinə bəziləri fəsadlar da verir. Çünki satışa çıxarılan eynəklərin hamısı heç də orijinal deyil. Bəzi eynəklər saxta və gözə olduqca zərərlidir.

Eldar Allahyarov- satıcı: “Xəstə istehlakçı ilk növbədə etibar elədiyi tibb müəsisəsinə müraciət etməlidir. Həkim təyin etdikdən sonra optik şüşənin növünü, dəqiq mərkəzi, bəbəklər arası məsafə, qoruyucunun növü, rəngi, uyğun seçilməlidir. Onu həkim təyin edir, xüsusi anti qlaqomatoz yaşıl şüşələr. Xəstə onu bilmir. Gedib küçədən ala bilər, gün eynəyi keyfiyyətli keyfiyyətsiz hansı ki, keyfiyyətli olsa belə onun xəstəliyinə uyğun deyil”.

Həkimlər yay-qış demədən gözün qorunmasına önəm verilməsini məsləhət görür.

Leyla Şirinova