• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1071
— 04.02.2017 13:48

Premyer Liqa oyunlarına təyinat alan gəncəli hakimləri qarşıda daha bir sınaq gözləyir

KepezTV Player

Premyer Liqa oyunlarına təyinat alan futbol hakimləri mövsümün ikinci hissəsinə hazırlığı xaricdə keçsələr də, digər həmkarları ölkə daxilində çalışıblar. Bu mənada elita ilə müqayisədə aşağı səviyyəli yarışların oyunları üçün etimad qazanan gəncəli hakimlər doğma şəhərdə məşqləri başa vurub.

Ədalət təmsilçiləri hazırlığı fərdi və briqada halında keçiblər. Qarşıda onları normativ sınağı gözləyir. 

Taleh Məmmədov -futbol hakimi: “Hakimlərin fiziki hazırlığını yoxlanılması üçün Bakı şəhərində normativlər götürülür. Paytaxtdakı sınağa Gəncədən də hakimlər dəvət olunub. Biz də fevral ayının 6-sı  Bakıya yollanırıq. Düşünürəm ki, yaxşı olar”.

Hakimlər FİFA tərəfindən müəyyən edilmiş qaydada fiziki testlərlə sınağa çəkiləcəklər.

Taleh Məmmədov -futbol hakimi: “Orada müəyyən testlər olacaq. Bunlar vaxtla bağlı normativlərdi. Nəzərdə tutulmuş məsafələrə qaçışdan normativlər götürülür. Sınağı keçən hakimlər oyunlara təyinat alır. Yəqin ki, layiq olduğumuz təyinatları alarıq”.

Hakimliyə 2004-cü ildə gələn Taleh Məmmədov 2009-cu ildən respublika səviyyəli yarışlara dəvət alır. Və artıq 6 ildir ki, laysman kimi I divizion və əvəzedicilərin ölkə çempionatında ədalət prinsiplərini qoruyur. Məmmədov həmçinin ayrı-ayrı yaş qrupları üzrə daxili birinciliklərdə, “Qabala” və “Caspian cup” kimi beynəlxalq turnirlərdə iş başında olub.

Taleh Məmmədov - futbol hakimi: “Sözsüz ki, hər bir hakimin arzusudur ki, Premyer Liqa oyunlarına təyinat alsın. Mən də istəyərdim ki, yuxarı dəstədəki qarşılaşmaları idarə edim. Bunun üçün çalışıram. Qismət olsa gələcəkdə bu arzuma nail olaram.”

Bu mövsüm Nizami yurdunu müxtəlif səviyyəli yarışlarda 10 futbol hakimi təmsil edir. Onların hamısı gənc hakimlərdir.

 

Azad Rəfi