• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 04.02.2017 13:06

"Qarabağ" və "Qəbələ" turu itkisiz başa vurdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib. Birinci oyun günü azarkeşlər iki qarşılaşmaya şahid olublar. Açılış günündə ilk olaraq Azal və Qarabağ komandaları meydana çıxıb. Şüvələnda keçirilən görüşə yaxşı başlayan təyyarəçilər 7-ci dəqiqədə hesabı açıblar. Sürətli hücum zamanı Sadio Tounkaranın asmasını Rəşad Abdullayev başıyla qola çevirib. Oyunun əvvəlində məhsuldar ötürmə ilə yadda qalan Tounkara ilk yarının sonunda bu dəfə diqqət mərkəzinə düşüb. Afrikalı oyunçu qol vurmayıb, meydandan qovulub. Malilinin ağdamlıların qapıçısına qarşı kobudluq etməsi qərarını verən hakim Orxan Məmmədov onu sarı vərəqə ilə cəzalandırıb. Futbolçunun isə buna etirazı qarşısında ikinci sarını görməsiylə nəticələnib.  Azlıqda qalan meydan sahibləri fasilədən sonra hesabı qoruya bilməyib. 60-cı dəqiqədə Maksim Medvedevin dəqiq zərbəsiylə köhlən atlar tablodakı rəqəmləri eyniləşdirib. 3 dəqiqədə sonra isə Coşqun Diniyevin qüvvətli vuruşu müdafiəçilərə dəyərək Aqil Məmmədovu yanıldıb və yumşaq mərmi torla qovuşub. Bu həm də oyunda qeydə alının sonuncu qol olub. Yekun hesab – Azal 1 Qarabağ 2.

Turun mərkəzi  qarşılaşması sayılan digər görüşdə isə Qəbələ evdə Neftçiylə üz-üzə gəlib. İlk hissəsində sükutun pozulmadığı oyunun taleyini 77-ci dəqiqədə vurulan yeganə qol həll edib. Cərimə meydançasında nəzarətsiz qalan yeni transfer Daniel Subotiç bu fürsəti maksimum dəyərləndirərək komandasına 3 xal qazandıran qola imza atıb.

 

Azərbaycan Premyer Liqası

XVI tur

3 fevral (cümə)

 

AZAL – “Qarabağ” - 1:2
Qol: Rəşad Abdullayev, 5 - Maksim Medvedev, 60, Coşqun Diniyev, 63
Qırmızı vərəqə: Sadio Tounkara, 45+3 (ikinci sarı vərəqə)

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov

 

“Qəbələ” – “Neftçi” - 1:0

Qol: Daniel Subotiç, 77
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
 


Turnir cədvəli

 

1.

Qarabağ

16

11

3

2

29-8

36

2.

Qəbələ

16

10

5

1

32-8

35

3.

İnter

15

7

7

1

25-13

28

4.

Sumqayıt

15

4

6

5

14-19

18

5.

Zirə

15

5

3

7

13-16

18

6.

Kəpəz

15

3

6

6

11-17

15

7.

Neftçi

16

3

1

12

10-32

10

8.

 AZAL

16

1

5

10

8-29

8

 

Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi “Qəbələ”) – 7 qol

 

 

 

Orxan Cəfərzadə