• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 04.02.2017 12:57

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq

Turun son oyun gününün ilk görüşündə “Zirə” “Kəpəz”i qəbul edəcək. Bu qarşılaşma saat 14:00-da başlayacaq. Turun qapanış oyununda isə Sumqayıt evdə İnterlə üz-üzə gələcək. Görüşün start fiti saat 16:30-da çalınacaq.

Azərbaycan Premyer Liqası

XVI tur

4 fevral (şənbə) 

14:00. “Zirə" – “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu


16:30. “Sumqayıt” – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. Şəhər stadionu

 

 

 

Orxan Cəfərzadə