• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 04.02.2017 10:02

İlin ən gözəl konsept-karı seçildi

Parisdə keçirilən 32-ci beynəlxaql avtomobil festivalında 2016-cı ilin ən gözəl konsept-karı seçilib. Bu ada kupe Renault Trezor layiq görülüb. O, Jaguar I-PaceAston Martin RB001 və DS E-Tense prototipləri ilə birgə göstərilib. Trezor ötən ilin payızında debüt etmişdi. Onun özəlliklərindən biri də salona qeyri-adi girişinin olmasıdır. Bunun üçün karbon materiallı iri damı qaldırmaq gərəkdir, belədə kuzovun bütün yuxarı hissəsi qalxacaq. Avtomobildə tətbiq olunmuş 350 at güclü elektromühərrik Formula Е yarışlarında bolidlərə quraşdırılır. Bu cür motorla maşın “yüzü” 4 saniyəyə yığır. Bununla yanaşı, konseptə avtonom idarəetmə sistemi, bolid stilində sükan, Gorilla Glass şüşəli OLED ekran və kinetik enerjini bərpa edən sistem quraşdırılıb.

 

Cavanşir Məmmədzadə