• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 04.02.2017 10:03

İtalyanlar yumru robot daşıyıcı düzəldiblər

“Piaggo” adlı italyan şirkəti tərəfindən avtonom rejimdə işləyən yumru robot daşıyıcı düzəldilib. O, sahibinin arxasınca gedə bilir. Gita adını alan yenilik 66 santimetr hündürlüyə malikdir və iki təkərdən ibarətdir. Yuxarı hissəsində qapağı var, onu açıb içəriyə müxtəlif əşyalar yerləşdirmək olar. Gita 18 kiloqramadək yük götürmə qabiliyyətindədir və sahibinin arxasınca maksimum 35 km/saat sürətlə şütüyür. Bu göstərici ona velosipedçidən geri qalmamağa imkan verir. Ancaq daşıyıcı-robotun dönüş radiusu sıfra bərabərdir. Robot sahibini itirməsin deyə sahibi xüsusi ağ rəngli kəmər taxmalıdır, bu kəmər isə öz növbəsində sensorla və ön kamera ilə təchiz olunur. Ultrasəsli məsafə ölçənin köməyilə daşıyıcı qarşılaşacağı maneələri müəyyən edir. Gita təyin olunmuş marşrut üzrə də hərəkət etdirilə bilər. Qurğunun batareyası tam olaraq 3 saata enerji ilə təmin olunur və yığılan enerji ona 8 saat işləməyə imkan verir. Ancaq bu halda sürət 5 km/saat sürəti ötməməlidir.

 

Cavanşir Məmmədzadə