Yanğın Xaçmazın Ortaoba kəndində baş verib. Kənd sakini 63 yaşlı Zeynəddin İbramxəlilova məxsus 2 mərtəbəli, 6 otaqlı yaşayış evində qeydə alınıb. Yanğın baş verən zaman ailənin bütün üzvləri evdə olublar. Xoşbəxtlikdən hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Yanan evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və birinci mərtəbədəki 3 otaq əşyaları ilə birlikdə ümumilikdə 150 kv m sahə tamamilə yanıb. Yanğından bir ay öncə həmin evdə toy olub. Hadisə zamanı evdə olan avadanlıqların da hamısı yanaraq kül olub.
İlkin ehtimallara görə, yanğına odun sobasından çıxan qığılcımın səbəb olduğu bildirilir.
FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin Xudat bölməsinin 2 yangınsöndürən avtomobili və canlı qüvvəsi gedib. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda faktla bağlı araşdırmalar aparılır.
- Baxış: 485