• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 03.02.2017 12:41

Ehtiyatsızlıq Ağdam sakinini ölümə apardı

KepezTV Player

Ağdamda bədbəxt hadisə yaşanıb. Rayonunun Xındırıstan kəndində kənd sakini, 44 yaşlı Tofiq İsmayılov kustar üsulla hazırlanmış odlu silahla ehtiyatsız davranıb. O, açılan atəş nəticəsində baş nahiyəsindən ağır xəsarət alıb və hadisə yerində ölüb. Ağdam RPŞ əməkdaşları tərəfindən hadisə yerindən kustar üsulla hazırlanmış tüfəng tapılıb. Araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı