Bu günə xəbərlərin oxunma sayı: 1341
— 03.02.2017 15:29

28 ildir istifadəsiz qalan Gəncə Xalça Kombinatının işi bərpa ediləcəkmi?

KepezTV Player

Gəncədə xalçaçılığın kütləvi istehsalından danışmaq olmur. Heydər Əliyev və Məhsəti Mərkəzlərində gənc nəslə bu sənət öyrədilməklə yanaşı, şəhərdəki Teksil Fabrikindəki xalça sexində istehsal da həyata keçirilir. O da çətinliklə. Sovetlər dönəmində Gəncə xalçaları xüsusilə fərqlənib. Şəhər büdcəsinin 30%-i Xalça Kombinatının payında düşürdü.1964-cü ildən 1989-cu ilə qədər tam gücü ilə işləyən və 4 min əhalinin məşğulluğunu təmin edən kombinat 28 ildir ki, istifadəsizdir. Gəncə Şəhər İcra Hakimiyyətinin məlumatına görə, kombinatın müasir səviyyədə bərpası nəzərdə tutulur.

Mobil İmanov  -xalça kombinatının işçisi: “Xalçanın qiyməti əvvəl 180 manat idi, 6 kvm-dən söhbət gedir. Sonra gördülər yaxşı gedir, elədilər 240, daha sonra 480 manata qaldırdılar. O dövrün puluyla deyirəm, sonra 750 manata oldu. Gördülər ki, bazar var, ikinci növbəni işə saldılar. Layihə gücü ildə 750 min kvadratmetr olan kombinatda 2 milyon 100 min kvadratmetr xalça hazırlanıb. Xalçalar postsovet ölkələri ilə yanaşı ümumilikdə 175 şəhərə göndərilirdi”.

Xəyalə Mürsəl