• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1016
— 03.02.2017 12:53

Ardaya 100 milyonluq təklif

Çin klubları “Barselona”nın yarımmüdafiəçisi Arda Turandan əl çəkmirlər. İspaniya mətbuatının yaydığı məlumata görə, asiyalılar təcrübəli futbolçuya növbəti dəfə təklif göndəriblər. Belə ki, “Quançjou Everqrand” klubu 30 yaşlı oyunçuya 4 illik müqavilə və 100 milyon avro pul təklif edib. Türkiyə millisinin kapitanının meneceri gələn həftə uzaq şərq ölkəsinə gedərək, klub rəsmiləri ilə bu məsələni müzakirə edəcək. Çində transfer pəncərəsi martın 1-i bağlanacaq.

Orxan Cəfərzadə