• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 03.02.2017 12:50

Kamerun finala çıxdı

Futbol üzrə Afrika Millət Kubokunda növbəti yarımfinal matçı keçirilib. İkinci finalçı olmaq üçün Qana Kamerunla qarşılaşıb. 

Matç sonuncuların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamerunlular fasilədən sonra vurduqları qollarla qələbə qazanıblar. Qeyd edək ki, finalda onların rəqibi Misir olacaq.  Həlledici oyun fevralın 5-də keçiriləcək. III yer uğrunda görüşdə isə Qananın rəqibi Burkina-Faso olacaq.

Azad Rəfi