• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1507
— 03.02.2017 12:44

Polis dələduz dəstəni dəmir barmaqlıqlar arxasına göndərdi

Goranboy RPŞ və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr ayı ərzində Goranboy rayonu ərazisindəki 2 mağazadan pul, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakinləri Arzu Əsgərli və Elsevər Səfərzadə tutulub, daha 3 nəfər isə müəyyən edilib. Arzu Əsgərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən ilin iyun ayında Şəmkir rayon sakini Anar Quliyevə məxsus "Niva" markalı avtomobili soyğunçuluq yolu ilə alması, bu il yanvarın 20-də isə Qubad Əfkərova məxsus mağazadan pul, tütün məmulatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlaması da müəyyən edilib.

Zülfiyyə Telmanqızı