Bu dəfə alovun cənginə aldığı yaşayış binası oldu. Şaxtalı havada neçə-neçə ailə evsiz qaldı.Yanğın hadisəsi paytaxtın Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Qaçalov küçəsi 18 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb. Təxminən gecə saat 03:00 radələrində binanın dam hissəsindən başlayan alov qısa müddətdə ətrafı cənginə götürüb. Onun tez yayılmasının səbəbi isə binanın qamışdan olmasıdır. Əraziyə FHN-nin 10-dan artıq yanğınsöndürən maşını və 40-a yaxın canlı qüvvəsi cəlb edilib. Yanğının qarşısının operativ alınması üçün qərargah yaradılıb . 48 nəfərin yaşadığı 12 mənzildən ibarət binanın dam örtüyü 500 kvadrat metr sahədə tamamilə yararsız hala düşüb. Bir neçə mənzilə isə ciddi ziyan dəyib.
Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri də gəlib. Məsələ nəzarətə götürülüb. Xətai rayonu ərazisində ümumilikdə qamışdan tikilən və qəzalı vəziyyətdə olan 37 bina var. Yanan bina ilə yanaşı, həmin tikililər da pilot layihəyə daxil edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 626