ABŞ-ın yol təhlükəsizliyinin sığorta institutu (IIHS) Tesla Model S və BMW i3-ün kraş-testlərinin nəticələrini açıqlayıb. Sınaqlar analoji maşınlar üçün heç də uğurlu keçməyib. Top Safety Pick + qiymətini almağa onların xüsusi konstruktiv özəlliyi imkan verməyib. Bundan başqa komissiya üçün təchizatla bağlı bir sıra suallar ortaya çıxıb. ABŞ-ın trassda Milli Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (NHTSA) və Avropanın yeni avtomobilləri qiymətləndirmə proqramından (Euro NCAP) uğurla keçən Tesla bu sınaqlarda yalnız ön toqquşmalarda problem yaşayıb. Yeni sınaqlarda sürücünün təhlükəsizlik kəməri qeyri-kafi dəyərləndirilib, çünki qəza zamanı manekenin başı sükana dəyir. Bununla yanaşı mütəxəssislər Model S-in baş işığının faralarına da mənfi qiymət veriblər. Uşaqlar üçün nəzərdə tutulmuş oturacağın kilid sistemi isə narahatdır. P100D versiyalı Tesla Model S-in damı da dözümlü deyilmiş və buna görə imtahandan keçə bilməyib. Elektroheçbek həm də ön toqquşmadan “üzü ağ” çıxmağı bacarmayıb. Belə ki, qəza zamanı əyləc sistemi avtomatik şəkildə işə düşməli olduğu halda bu baş verməyib. BMW i3 avtmobili isə oturacaqların və başaltlıqların düzgün quraşdırılmadığına görə yüksək reytinqə nail ola bilməyib. i3 uşaq oturacağında olan nasazlıq və baş optika üçün alternativin olmamasına görə də aşağı qiymət alıb.
Cavanşir Məmmədzadə
- Baxış: 388