• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2205
— 02.02.2017 12:36

Avropa Voleybol Konfederasiyası ölkəmizdə məşqçilərə maarifləndirici seminar keçir

Avropa Voleybol Konfederasiyası Gürcüstan və Azərbaycanın birgə keçirəcəyi Avropa çempionatı öncəsi ölkəmizdə ilk dəfə məşqçilərə maarifləndirici seminar keçirir. Əvvəlcə Bakıda baş tutan təlimlər daha sonra Gəncədə təşkil olunub. Məşğələlərdə 50-yə məşqçi-müəllim Beynəlxalq Voleybol Federasiyasının mütəxəssisləri tərəfindən yeniliklərlə bağlı məlumatlandırılıb. Seminar həm nəzəri, həm də praktiki yöndə aparılıb. Azərbaycandan sonra analoji seminar qonşu Gürcüstanda da keçiriləcək.

Azad Rəfi